Kinoteatr
Mədəniyyət Evi üç hissədən ibarətdir. Burada 80 nəfərlik kino zalı, uşaq teatrı, eyni zamanda muzey fəaliyyət göstərəcək. Kinoteatrda həm Azərbaycan, həm də əcnəbi filmlərin nümayişi planlaşdırılıb. Burada tamaşaçıların rahatlığını, keyfiyyətli nümayişi və yüksək effekti təmin etmək üçün son texnologiyalara uyğun avadanlıqlar quraşdırılıb və ən əsası Azərbaycanda ilk dəfə olaraq dolbi sisteminin ən son və müasir imkanlarından istifadə olunub. Uşaq teatrında isə azyaşlılara Azərbaycan və dünya xalqlarının nağıllarının əsasında hazırlanmış tamaşalar və balacaların marağına səbəb olacaq digər səhnəciklər göstəriləcək. Muzeydə isə Çingiz Mustafayevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər yer alacaq və buraya gələn hər kəs onun fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcək.Xatırladaq ki, hazırda "Çingiz klubu"nun yerləşdiyi və Şəkinin qədim tikililərindən olan bina ötən əsrin əvvəllərində inşa olunub, 1948-ci ildən etibarən isə "Azərbaycan" kinoteatrı adı altında fəaliyyət göstərib. Və nəhayət bir il bundan öncə Çingiz Mustafayev adına Fond və "VMF" şirkəti artıq uzun illər istifadəsiz qalan və tamamilə yararsız hala düşmüş bu binanı yenidən tikməyə və onun fəaliyyətini bərpa etməyə qərar verdi. Budur "Çingiz klubu" artıq şəkililərin ixtiyarındadır. |
| Kinoteatrda nümayiş ediləcək filmlərin siyahısı: |
| 10-16 may 2010-cu il tarixi arasında: |
| 1. Fayrbol |
| 2. Şrek 3 |
| 17-23 may 2010-cu il tarixi arasında: |
| 1. İdiana Cons və Büllur kəllə krallığı |
| 2. Ulduz tozu |
| 24 may - 30 may 2010-cu il tarixi arasında: |
| 1. Yeddi həyat |
| 2. Casus balalar 3 |
| 31 may - 06 iyun 2010-cu il tarixi arasında: |
| 1. Bir dəfə Veqasda |
| 2. Rokki və Bullvinkl |
| 07-13 iyun 2010-cu il tarixi arasında: |
| 1. Avatar |
| 2. Çarlinin şokolad fabrikası |





Mədəniyyət Evi üç hissədən ibarətdir. Burada 80 nəfərlik kino zalı, uşaq teatrı, eyni zamanda muzey fəaliyyət göstərəcək. Kinoteatrda həm Azərbaycan, həm də əcnəbi filmlərin nümayişi planlaşdırılıb. Burada tamaşaçıların rahatlığını, keyfiyyətli nümayişi və yüksək effekti təmin etmək üçün son texnologiyalara uyğun avadanlıqlar quraşdırılıb və ən əsası Azərbaycanda ilk dəfə olaraq dolbi sisteminin ən son və müasir imkanlarından istifadə olunub. Uşaq teatrında isə azyaşlılara Azərbaycan və dünya xalqlarının nağıllarının əsasında hazırlanmış tamaşalar və balacaların marağına səbəb olacaq digər səhnəciklər göstəriləcək. Muzeydə isə Çingiz Mustafayevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər yer alacaq və buraya gələn hər kəs onun fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcək.



Şərh yazın
Şərh sayı: 8
Cavab #5 on : Mon May 10, 2010, 17:37:13
Şərh sayı: 8
Cavab #4 on : Wed April 14, 2010, 16:40:29
Şərh sayı: 8
Cavab #3 on : Sun April 11, 2010, 16:37:13
Şərh sayı: 8
Cavab #2 on : Sat March 27, 2010, 03:26:14
Şərh sayı: 8
Cavab #1 on : Thu February 04, 2010, 01:56:12