Ölümdən 24 saat əvvəl

Bir an əvvəl o yol gedirdi. Telefon zəngi... Danışır. Yolu keçir, maşın səsi. Ürək döyüntüsü, həkimlərin səsi. Kimsə onu çağırır. Pəncərə şüşəsinə düşən bir damcı yağış, kimsə, kimsə pəncərə arxasından baxır, baxır və onu çağırır. - Gəl, gəl gözləyirəm. Gəl...gəl...gəl...

-         Artlq gedir. İncitməyin. Görəsən ailəsi var?

Saat geri fırlanır: iyirmi dörd saat əvvələ

Səhər saat 09:00 uşaqları ilə çay içə-içə nə barədəsə mübahisə edirdilər. Kiçik oğlu deyəsən ondan kompüter istəyirdi. Həyat yoldaşı ona və bu balaca kişilərə - oğlanlarına baxıb gülürdü.

İlahi bu anı saxlamaq olsaydı.

 

9:30: - Ona zəng edirlər. Sevinir. Xanımına işarə edirlər ki, hər şey düzəldi. Dəstəyi asır. Xanımını öpür. Axır ki, gör neçə illərdi əziyyət çəkirdik. Axır ki, düzəldi. Oğluna de ki, kompüteri alacam. Sevinə-sevinə evdən çıxır.

 

10:00

Yol gedir.

 

10:45

Kiminləsə danışır, əl tutub sağollaşır.

 

11:00

Əlini ürəyinin üstə qoyub, divara söykənir. Kimsə ona yaxınlaşıb ona kömək etmək istəyir. Etiraz edir. Yenə də yol gedir....

 

12:00

Üzü dənizə sarı oturub, düşünür...

 

12:30

Təcili yardım onu xəstəxanaya çatdırır.

Yarımçıq qalmış ömür. Kədər içində olan dostlar, qohumlar. Yaddaş təzələnir, axı o, dünyasını dəyişən yaşamaq eşqi ilə yanan, yazan, yaradan hələ gənc olan o kəs kim idi?! Kim?!

 

Hamısı "Ölümündən 24 saat əvvəl" verilişində

 

Müəllif - Kərimzadə Yeganə Fərman qızı

 

Verilişin qonaqları - Bizlər, Dostlar, Tanışlar

Tamaşaçısı - ANS -i sevən, sözə-sənətə, insanlığa qiymət verən hər kəs...

---------------------------------------------------------------

Veriliş haqda suallarınızı irada-isaq@rambler.ru elektron ünvanına yollaya bilərsiz.

 





Şərh yazın

  • * İşarələnmiş sahələrin doldurulması vacibdir.

Showing comments 1 to 10 of 217 | Next | Last
Elçin
Şərh sayı: 242
Comment
İstəy
Cavab #217 on : Sat August 27, 2011, 03:52:03
Mümkünsə İradə xanım mərhum təyyarəçi şəhid polkovnik leytenant Famil Məmmədli haqqında verliş verəsiniz
Elçin
Şərh sayı: 242
Comment
İstəy
Cavab #216 on : Sat August 27, 2011, 03:49:07
Salam ANS TV, salam İradə xanım. Siz bütün insanları yad etmisiniz. Amma çox istərdik ki, mərhum jurnalist Monitor jurnalının redaktoru Elmar Hüseynov haqqında verliş hazırlayanasınız.
ramil
Şərh sayı: 242
Comment
qurbetden
Cavab #215 on : Tue August 16, 2011, 04:08:43
salam.sadece youtubede izlediyim videolardan verlishinize sayqim sonsuzdur.amma hec olmasa sizin hansisa saylarinizda baxsaq tekrar bunlara cox shad olariq.heyifki burda baxa bilmirik sizin kanala.cox sagolun.
Elnare
Şərh sayı: 242
Comment
Salam
Cavab #214 on : Mon August 15, 2011, 14:37:00
Salam eziz, Irade xanim. Sizin verilishinizi sebirsizlikle gozleyirem. Men sizden bir defe Hesenaga Turabov hagginda verilish hazirlamagi istemishdim. Bunun uchun size minnetdaram. Men isterdim ki, siz aktyor Elxan Gasimovun oglu rejissyor Samir Gasimov haggindada verilish hazirlayasiniz.
ASIM
Şərh sayı: 242
Comment
SALAM
Cavab #213 on : Fri August 05, 2011, 00:05:16
Salam Irade xanim men Asim sizden bir rica temisdim ki bizim AZERBAYCANIN neheng oglanlarindan biri olan Famil Memedli haqinada bir verlis hazirlayasiz bu xayisi nezere aldiqiniz ucun cox sag olun xusui ile bu verlisi yardiqiniz ucun size ve ANS sirketine tessekur edirik ama xayisimizi nezere alin mumkunduse
Huseyn
Şərh sayı: 242
Comment
Salamun aleykum
Cavab #212 on : Sun July 31, 2011, 20:16:28
Xahish edirik ki,xanende Hacibaba Huseynov haqqinda verlish hazirlayasiniz
Rena
Şərh sayı: 242
Comment
Olen,olmezler
Cavab #211 on : Fri July 29, 2011, 19:53:43
Salam verlisiniz cox baximlidir. Davam etmesini isterdim. Cingiz . Mustafayev haqqinda olan verlisinizi tekrar verseniz size minnetdar olaram. Coxsagolun.
Ruslan
Şərh sayı: 242
Comment
Verlis haqda
Cavab #210 on : Fri July 22, 2011, 23:33:24
salam gecaniz xeyr.na oldu bas verlisin davami olmayacaq?sabrsizlikla verlisin yeni cakilislarini gozlayirik.biza zahmat olamsa bir cavab yazin.islarinizda ugurlar gozalyirik Irada xanim.diqqatiniz ucun cox sag olun minnatdariq
Qramtamyotcu
Şərh sayı: 242
Comment
sehidler olmur
Cavab #209 on : Fri July 22, 2011, 15:33:55
Axsamki Əhməd Abdullayev haqqinda cekdiyiniz verlis cox yaxsi idi inanmiram ki bu verlisi sizin kimi kimse apara bilsin sizin ses tembiriniz esil bu verlis ucundu.size uzun omur can sagligi arzu edirem coooox sag olun
Huseyn
Şərh sayı: 242
Comment
XATIRƏLƏR
Cavab #208 on : Thu July 21, 2011, 21:00:04
VERLİŞİNİZ ÇOX MARAQLIDIR
Showing comments 1 to 10 of 217 | Next | Last
AddThis Social Bookmark Button