ANSTV.ws - Rəsmi veb-sayt | Haqqında
ANS TV

İnformasiya | Radio | Karyera |

 İndi yayımda -

ANS TV Şoular

 

 

 
Ağıl Dəryası [20.06.2010]

Klip  00:49

 
 
Ağıl Dəryası [13.06.2010]

Klip  00:48

 
 
Ağıl Dəryası [06.06.2010]

Klip  00:32

 
 
Ağıl Dəryası [30.05.2010]

Klip  00:51

 
 
Ağıl Dəryası [23.05.2010]

Klip  00:39

 
 

Ağıl Dəryası

Yeni mövsümdən intellektual oyunun 3 qalibi imtahansız attestat qazana biləcək.
Yeni mövsümdən intellektual verilişin qaydalarında və sual tərtibatında dəyişiklik olacaq. Belə ki, əvvəlki mövsümdən fərqli olaraq bu verilişdə məntiqli əyləncə xarakterli sualların azaldılması və onların daha çox tədris planı əsasında hazırlanması qərara alınıb. Bu dəfə şounun 3 qalibi olacaq və onların hər 3-ü attestatla təltif ediləcəklər.

Hər verilişdə 12 şagird iştirak edəcək. Oyun 3 mərhələdən ibarət olacaq.

I mərhələdə iştirakçılara 4 cavab variantı olan 10 sual, düşünmək üçün isə 5 saniyə vaxt veriləcək. 1 düzgün cavab 1 balla qiymətləndirilir. Bu turda ən çox bal toplamış 6 iştirakçı II tura keçəcək.

II mərhələdə iştirakçıların hər birinə ümumi fənn blokundan suallar təqdim olunacaq və ümumi fənn blokunun bütün sualları kimya, biologiya, tarix, coğrafiya, fizika və ədəbiyyat fənlərinə aid olacaq. Seçim sırası I turda ən çox bal yığmış iştirakçıdan başlayır. Seçilən mövzu üzrə hər bir iştirakçı 1 dəqiqə ərzində aparıcının verdiyi suallara şifahi cavab verməlidir. Bu turda ən çox bal toplamış 3 iştirakçı III mərhələyə keçir.

Son mərhələdə 3 iştirakçının hər birinə əvvəlcədən verilən ev tapşırığı üzrə suallar verilir. İştirakçının öz ev tapşırığı üzrə verdiyi cavaba görə 2, yoldaşının tapşırığı üzrə verdiyi cavaba görə 3, ümumi mövzuda verdiyi cavaba görə 1 xal verilir. Beləliklə, verilişin qalibi bu mərhələdə toplanılmış balların sayı ilə müəyyənləşir və qalib gələn iştirakçı yarı finala keçir.

Hər verilişin qalibi may ayında 3 qrupda yarı-final mərhələsinə qatılacaq. Yarı final mərhələsinin hər qrupundan bir nəfər finala çıxacaq. Final mərhələsi üç finalçı arasında keçiriləcək. Finalda birinci yerin sahibi fərqlənmə, ikinci və üçüncü yerin qalibi isə adi attestatla mükafatlandırılacaq.

Qeyd edək ki, intellektual oyunda iştirak etmək üçün "www.anstv.ws" saytında "Ağıl Dəryası" bölməsində qeydiyyatdan keçib, orada göstərilən bəndləri düzgün doldurmaq lazımdır.

Xatırladaq ki, "Ağıl Dəryası" intellektual şousu ANS Televiziyasının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi layihədir. Ötən mövsümdə “Ağıl Dəryası” intellektual şousunun qalibi olan “Ankara” liseyinin məzunu olmuş Kamran Ələkbərov Azərbaycan təhsil sistemi tarixində ilk dəfə olaraq imtahansız attestatla mükafatlandırılıb. Qalibə attestatı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov şəxsən özü təqdim edib.

 

 

 

 

 

 

 

 

 

www.chingizclub.com   www.bakifilm.com