Marş
Yayımlandığı ilk gündən gənclərin hərbivətənpərvərlik ruhunu artıran “Marş” yeni mövsümdən yenə də sizinlədi. Bu mövsümdən etibarən “Marş” sizə yeniliklərini təqdim edəcək. Yenə də Vətənimizin taleyinin həll olunduğu cəbhə xəttindən ayrılmadan hərbə aid olan və sizin görüb bilmədiyiniz müxtəlif hadisə və yenilikləri təqdim edəcəyik. Maraqla qarşılanan “Arsenal” və “Müharibə olduğu kimi” rubrikalarımızda da yeniliklərin şahid olacaqsız. Ayrı-ayrı müharibələrin, döyüşlərin tarıxındən, tanıdığınız və tanımadığınız sərkərdələrin, azərbaycanlı qəhramanların keçdiyi döyüş yolundan maraqlı materiallar izləyəcək, ”Arsenal” rubrikasaında isə ölkəmizdə və dünyada istehsal olunan ən yeni döyüş vasıtələri, silah və texnikalarla tanış ola biləcəksiniz.
Layihə əyləncə və maarifləndirici xarakter daşıyır. Əsas məqsəd tamaşaçıları Silahlı Qüvvələrdə xidmət keçmə qaydaları ilə məlumatlandırmaq, zabit və əsgərlərin gündəlik həyatı, hərbi tekxnikanın yeni növləri ilə daha yaxından tanış etmək, yeniyetmə və gənclərimizdə döyüş və vətənpərvərlik ruhunu oyatmaqdı.
Verilişdə nəzərdə tutulan rubrikalar:
1. “Gözlə məni” - əsgər salamları verilir, əsgər doğmalarının onlara SMS vasitəsi ilə göndərdikləri məktublar studiyada aparıcı tərəfindən səsləndirilir.
2. “Arsenal” – bu rubrikada Azərbaycan Müdafiə Sənayesi müəsisələrində istehsal olunan silahlarlardan, digər ölkələrdə istehsal olunan silah sursat və hərbi texnikaların döyüş və taktiki xüsusiyyətlərindən danışılır.
3. “Bilmək borcundur” – verilişin bu bölümündə isə ordumuzda xidmətə çağırış və xidmətkeçmə qaydaları, eləcə də hərbi fərqlənmə nişanları haqqında məlumat verilir.
4. “HərbiR xəbər” – Azərbaycan və dünya ordularının həyatında həftə ərzində baş verən mühüm hadisələr.
5. “Tarixin döyüşləri, döyüşlərin tarixi” – Qədim dövrlərdən başlayaraq Azərbaycanın tarixində baş verən savaşlardakı döyüşlər haqqında. Bundan başqa həftə ərzində təqvimdə olan hərbi tarixi hadisə və şəxsiyyətlər haqda məlumat verilir.
6. “Müharibə olduğu kimi” – Qarabağ və dünya savaşlarından və digər münaqişə ocaqlarından arxiv görüntülərinin şərhsiz verilməsi.
Beləliklə, bütün bunları hər bazar saat 16:00-da Rahib Qəriblə “Marş”da olmaqla görəcəksiniz...
REKLAM

Şərh yazın
Şərh sayı: 72
Cavab #56 on : Thu March 22, 2012, 14:14:06
Şərh sayı: 72
Cavab #55 on : Fri February 03, 2012, 12:33:46
Şərh sayı: 72
Cavab #54 on : Fri September 23, 2011, 22:50:12
Şərh sayı: 72
Cavab #53 on : Mon September 19, 2011, 11:24:04
Şərh sayı: 72
Cavab #52 on : Wed August 31, 2011, 15:41:48
Şərh sayı: 72
Cavab #51 on : Tue June 21, 2011, 11:14:04
Şərh sayı: 72
Cavab #50 on : Thu May 26, 2011, 12:50:56
Şərh sayı: 72
Cavab #49 on : Mon May 16, 2011, 22:45:37
Şərh sayı: 72
Cavab #48 on : Mon May 16, 2011, 02:07:02
Şərh sayı: 72
Cavab #47 on : Mon May 09, 2011, 21:43:29